Mərkəzi Bankda yeni TƏYİNAT

15:49 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib.

Hafta.az xəbər verir ki, bu vəzifə Rəna Cəlilovaya həvalə olunub. O, 2010-cu ildən AMB-də - Risk idarəetmə, Bazar əməliyyatları departamentləridə müxtəlif vəzifələrdə çalışıb.

Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.